...

Ali Məhkəmənin Plenumunda yol hərəkəti qaydalarının pozulmasına dair qərar layihəsi müzakirə olunub

Cəmiyyət Materials 31 May 2006 15:58 (UTC +04:00)

Mayın 31-də Azərbaycan Respublkası Ali Məhkəməsinin Plenumunda "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərar müzakirə olunub. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bu mövzu ilə bağlı Ali Məhkəmənin hakimi Rafiq Məmmədovun məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, respublikanın məhkəmələri tərəfindən bu növ cinayət işləri əsasən qanunvericiliyin və Ali Məhkəmənin Plenumunun müvafiq qərarına uyğun həll edilir. Lakin ümumiləşdirmə göstərir ki, bu qəbildən olan işlər üzrə məhkəmələrin fəaliyyətində, xüsusilə cəzanın təyin edilməsi məsələlərində hələ də ciddi nöqsanlar mövcuddur.

Plenumda həmçinin Bakı şəhərinin Yasamal, Əzizbəyov rayon məhkəmələri sədrlərinin və Mingəçevir şəhər məhkəməsinin hakiminin 2005-ci ildə baxılmış işlərə dair məlumatları dinlənilib.

Qeyd olunub ki, bu məhkəmələrdə ədalət mühakiməsi həyata keçirilərkən qanunvericiliyin tələblərinə ciddi əməl olunub. Bununla yanaşı həmin məhkəmələr fəaliyyətlərində yekun qərarların ləğv edilməsinə və dəyişdirilməsinə səbəb olan qanun pozuntularına, iddia ərizələrinin qəbulundan əsassız olaraq imtina edilməsi hallarına yol veriblər, məhkəmə qərarlarının icrasına bəzi hallarda laqeyd münasibət göstəriblər.

Plenumun işində Baş prokurorun və ədliyyə nazirinin müavinləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti