...

Ekologiya Nazirliyi Xəzərin sahil zolağında ekoloji monitorinq keçirir

Cəmiyyət Materials 31 May 2006 19:20 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 955 km-lik sahil zolağının monitorinqını davam etdirir. Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, monitorinq zamanı müxtəlif mənşəli çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktları aşkarlanıb. Abşeron yarımadasındakı çirkab suların əsas daşıyıcısı Hövsan kanalı dənizə ən böyük antropogen təsir göstərən "qaynar nöqtə"lərdəndir.

"Gündə 100 min m3-dən artıq çirkab sularını birbaşa Xəzər dənizinə ötürən Hövsan kanalı dənizin flora və faunasına böyük ziyan vurur" - deyə nazirlikdə qeyd ediblər.

Monitorinqın nəticələrinə əsasən, Hövsan kanalı boyu 23 axar qeydə alınmışdır. Götürülən su nümunələrində neft məhsulları qalığının və kimyəvi maddələrin normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti