...

İyunun 1-dən Sanitariya-Epidemiologiya Xidməti Bakıdakı bəzi çimərliklərdən istifadəyə qadağa qoyub

Cəmiyyət Materials 1 İyun 2006 13:20 (UTC +04:00)

İyunun 1-dən əhalinin Şıxov, Novxanı, Buzovna və Şüvəlan qəsəbələrindəki çimərliklərdən istifadəsinə qadağa qüvvəyə minib. Azərbaycan Səhiyyə Nazirliyinin Sanitariya-Epidemiologiya Xidmətindən Trend ə verilən məlumata görə, laborator analizlərin nəticələrinə əsasən məlum olub ki, çimərlik mövsümünə hazırlıq qeyri-qənaətbəxş səviyyədədir. "Gündən qorunma kölgəlikləri, duş üçün kabinələr təmir olunmayıb, kanalizasiya sistemləri təmizlənməyib, sahil zolağı bərpa olunmayıb", - deyə xidmətdən qeyd olunub.

Əgər 2005-ci ilin aprel-may aylarında dəniz sularının çirklənmə səviyyəsi 52,3% idisə, 2006-cı ilin həmin dövründə bu göstərici 85,5%-dək artıb. Xüsusilə Şıxov, Novxanı və Şüvəlan çimərliklərindəki sularda bağırsaq çöpü bakteriyalarının miqdarı 10-dan 20 dəfəyədək artıb.

Novxanı və Pirşağı çimərlikləri ərazisində quş və suiti cəsədlərinin təmizlənməsi başa çatmayıb, 10 km-lik sanitariya mühafizə zolağı ilə bağlı sanitar normalar kobud şəkildə pozulur ki, bu da yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti