...

MQİBİ-nin Mühafizə Alayının komandiri və 4 əməkdaşı məhkəmə qarşısındadır

Cəmiyyət Materials 1 İyun 2006 16:37 (UTC +04:00)

İyunun 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə Alayının keçmiş komandiri Elmar Hüseynovun, alayın maliyyə xidmətinin sabiq rəisi Rafəddin Rüstəmovun, sabiq xəzinədar Zülfüqar Əliyevin, alayın zabitləri Sabir Abbasovun, Elxan Orucovun və Tapdıq Hüseynovun məhkəməsi başlanıb. Bu barədə Trend ə hakim Vaqif Mursaqulov məlumat verib.

MQİBİ mühafizə alayının sabiq komandiri və digər əməkdaşları qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

İttihamlara görə, həmin şəxslər 2004-cü ilin yanvar ayından başlayaraq alayın 3108 nəfərlik əsgər heyətinə məvacib verilməsi ilə əlaqədar saxta mühasibat sənədləri tərtib edərək guya həmin məvacibləri almalarına dair sənədlərə imza atdırıblar. Nəticədə külli miqdarda pül vəsaitini mənimsəyiblər.

Digər ittihama görə isə, təqsirləndirilən şəxslər dövlət tərəfindən alay üçün ayrılmış yanacağı MQİBİ-nin keçmiş rəhbərliyinin yaxın qohumlarının avtomobilləri üçün israf ediblər. Əvəzində isə guya həmin yanacağın alayda olan yarırsız nəqliyyat vasitələrinə sərf olunmasına dair saxta sənədlər tərtib olunub.

Məhkəmə iclası iyunun 12-də təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti