...

Mirmahmud Mirəlioğlu iyunun 2-də yenidən Ali Məhkəməyə müraciət edəcək

Cəmiyyət Materials 2 İyun 2006 12:16 (UTC +04:00)

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu iyunun 2-də Apellyasiya Məhkəməsindən yenidən Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Bu barədə Trend ə KAXCP sədrinin özü bildirib.

Qeyd edək ki, mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə 42 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olan M.Mirəlioğlu seçkilərin nəticələrindən narazı qaldığına görə mayın 25-də MSK-dan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə M.Mirəlioğlunun iddiasını qəbul etməyib. Buna görə də M.Mirəlioğlu Ali Məhkəməyə kasasiya şikayəti verib. İyunun 1-də Ali Məhkəmə şikayətə baxılmaq üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu dəfə də Apellyasiya Məhkəməsi M.Mirəlioğlunun iddaiasını təmin etməyib.

M.Mirəlioğlu vurğulayıb ki, o, iddaisını qanun çərçivəsində təmin olunması istiqamətində çalışacaq.

Xəbər lenti

Xəbər lenti