...

Hüseyn Bağırov: "Azərbaycanda "quş qripi"nin təkrar yayılması təhlükəsi var"

Cəmiyyət Materials 2 İyun 2006 15:24 (UTC +04:00)

Hazırda ölkə ərazisində quşların "quş qripi" virusundan tələf olması halları müşahidə olunmur. Trend in xəbər verdiyi kimi, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bəyan edib.

Onun sözlərinə görə, "quş qripi" ilə bağlı sabit vəziyyətin hökm sürməsinə baxmayaraq Azərbaycanda bütün əlaqələndirilmiş dövlət idarələri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinqlərin aparılmasını davam etdirir.

"Biz bu xəstəliyin təkrar yayılmasından ehtiyatlanırıq. Bu, ölkə ərazisində virus daşıyıcısı ola bilən çöl quşlarının təklikdə yuva qurması ilə əlaqədardır və qruplara qayıtdıqdan sonra təhlükə yarana bilər. Digər amil isə quşların qonşu ölkələrdən, xüsusilə Rusiya və Qazaxıstandan Azərbaycana təkrar uçub gəlməsidir.

Xəbər lenti

Xəbər lenti