...

Nigar Bağırova Milanda güllə atıcılığı üzrə Dünya kubokunun mərhələsində onuncu yeri tutub

Cəmiyyət Materials 2 İyun 2006 16:15 (UTC +04:00)

Azərbaycan snayperi Nigar Bağırova pnevmatik silahdan on metrə atış üzrə proqramda onuncu yeri tutmaqla, Milanda Dünya Kuboku mərhələsindəki çıxışını uğurla başlayıb.

Trend in verdiyi xəbərə görə, atəş zonasına ilk dörd çıxışın nəticələrinə görə gənclər arasında Avropa birinciliyinin gümüş medalçısı üç yüz səksən iki xal yığıb, daha dörd iştirakçı da bu nəticəni göstərib. Final səkkizliyinə daxil olmaq və medal və lisenziya uğrunda mübarizə aparmaq üçün Nigarın yalnız bir balı çatmayıb.

Eyni zamanda Afina Olimpiyasındakı bürünc medalçı İradə Haşımova on dördüncü mövqeni tutaraq, N.Bağırovadan bir xal az yığıb. Qabaqda idmançıları kiçik kalibrli tapançadan iyirmi beş metrə atış üzrə proqramda çıxış gözləyir.

Xəbər lenti

Xəbər lenti