...

Ədliyyə sisteminə işə qəbulla əlaqədar test imtahanında iştirak etmək istəyənlər üçün sənəd qəbulu elan edilib

Cəmiyyət Materials 2 İyun 2006 17:51 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyi bu sistemə işə qəbulla əlaqədar test imtahanında iştirak etmək istəyənlər üçün sənəd qəbulu elan edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ədliyyə orqanlarının kadr korpusunun müsabiqə əsasında, şəffaf prosedurlarla və aşkarlıq şəraitidə yüksək nəzəri və peşə hazırlığına, mənəvi təmizliyə malik işçilər hesabına komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Qəbul olunmuş yeni qaydalara əsasən, ədliyyə orqanlarına işə qəbul arzusunda olan namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında qulluğa yararlı və layiqli olmasının müəy yən edilməsi ciddi şəkildə yoxlanılır.

Müsabiqədə ali hüquq təhsilli, qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Eyni zamanda nazirliyin penitensiar və tibb sahələrinə, həmçinin əhalinin dövlət registri xidmətinə işə qəbulla bağlı müsabiqə də keçirilir.

Xəbər lenti

Xəbər lenti