...

Azərbaycanın Ekologiya Nazirliyi İsmayıllı və Dəvəçidə ziyanverici həşəratlara qarşı mübarizə aparır

Cəmiyyət Materials 3 İyun 2006 10:57 (UTC +04:00)

Hazırda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı və Dəvəçidə ziyanverici həşəratlarla mübarizə üzrə iş aparır. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin Meşələrin İnkişaf Departamentinin başçısı Rövşən Cəlilov məlumat verib.

Onun sözələrinə görə, əvvəlki illərdə Şamaxı, Ağsu, İsmayıllı və Xızı regionlarında təxminən 5 min ha sahədə ziyanvericilərin yayılması hallarının çoxalması qeydə alınıb.

"2006-cı ildə ziyanvericilərin 100 min ha sahəyə yayılacağı ilə bağlı yüksək proqnoz göstəricisini nəzərə alaraq nazirlik ölkə rəhbərliyinə müraciət edib. Nəticədə hökumət mübarizə çərçivəsində tədbirlər üçün 1 mln manatdan çox vəsait ayırıb", - deyə departamentin rəhbəri bildirib.

Nazirlik və bölmələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Dəvəçi və İsmayıllıda ümumi sahəsi 2 min ha olan meşə massivlərinin əlçatmaz əraziləri istisna olmaqla ziyanvericilərin yayılmasının qarşısı alınıb. Hazırda bu ərazilərdə avia mübarizə tədbirləri görülür.

Ümumiyyətlə, 2005-ci ildə Nazirlik ziyanvericilərlə mübarizə çərçivəsində 34 mln. AZM-dən çox vəsait xərcləyib. Bu rəqəm 2004-cü ildə təxminən 2,6 mln. AZM təşkil edib.

Xəbər lenti

Xəbər lenti