...

Olimpiadanın 11-ci turu şahmatçılarımız üçün uğursuz olub

Cəmiyyət Materials 3 İyun 2006 11:51 (UTC +04:00)

Ümumdünya Şahmat Olimpiadasının 11-ci turu Azərbaycanın yığma komandası üçün çox uğursuz olub. Trend in xəbər verdiyi kimi, kişilərdən ibarət komanda ukraynalılara 1:3 hesabla məğlub olub. T.Rəcəbov və V.Haşımov partiyalarını heç-heçə başa vurub, Q.Hüseynov və R.Məmmədov isə məğlubiyyətlə barışıb. Əgər 10-cu turda R.Məmmədov parlaq qələbə qazanmışdısa, sonuncu turda o, bu uğurunu təkrarlaya bilməyib.

Qadınlardan ibarət yığmamız isə Serbiya və Çernoqoriya yığmasına 0.5:2.5 hesabla məğlub olub.

Xəbər lenti

Xəbər lenti