...

Antalyada Azərbaycan-Türkiyə təşkilatlarının iclası keçiriləcək

Cəmiyyət Materials 5 İyun 2006 12:11 (UTC +04:00)

İyunun 6-da Antalyada (Türkiyə) dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan-Türkiyə təşkilatlarının iclası keçiriləcək. Trend in "TRT" telekanalına istinadən xəbər verdiyi kimi, tədbirdə dünyanın 30 ölkəsindən 200 nəfərin iştirakı nəzərdə tutulur.

Tədbir iştirakçıları Osmanlı imperiyasında ermənilərin uydurma soyqırımı siyasətinin yayılmasının aradan qaldırılması üzrə birgə tədbirləri müzakirə edəcək. "Bu tədbir Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsinin yeni sübutudur", - deyə telekanal bildirir.

Qeyd edək ki, iyunun 5-də Antalyada Azərbaycan ziyalılarının Ümumdünya Forumu da öz işinə başlayıb.

Xəbər lenti

Xəbər lenti