...

Samir Musayev özünü futbol yarışlarının qəhrəmanı hesab etmir

Cəmiyyət Materials 5 İyun 2006 13:23 (UTC +04:00)

Mən özümü yarışın qəhrəmanı hesab etmirəm, çünki qələbə bütün komandanın xidmətidir. Bu barədə Trend ə Ölkə kuboku uğrunda "Karvan" komandasına 1:0 hesabı ilə qalib gəldikləri final oyunundan sonra "Qarabağ" komandasının hücumçusu Samir Musayev bildirib.

Hücumçunun sözlərinə görə, klub sona qədər qələbə uğrunda mübarizə aparıb və görüşü əsas vaxtda həll etmək niyyətində olub. S.Musayev qeyd edib: "Biz son dəqiqələrdə qapıların alınması şansından maksimum şəkildə istifadə etdik və buna görə də UEFA Kubokuna vəsiqə qazandıq. Və indi Avropa arenasında uğurla çıxış etmək üçün bizdə daha bir güclü əlavə stimul yaranıb".

Xatırladaq ki, oyun ərzində Böyükağa Ağayevin yetirmələri keçmiş ölkə çempionları "Bakı" və "Neftçi"ni arxada qoydular və onlar indi İntertoto Kubokunda çıxış etməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti