...

Azərbaycanın təhsil naziri Şimali İrlandiyaya yola düşüb

Cəmiyyət Materials 5 İyun 2006 16:10 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov iyunun 5-də işgüzar səfərlə Belfast şəhərinə (Şimali İrlandiya) yola düşüb. Bu barədə Trend ə Azərbaycanın Təhsil nazirliyindən xəbər veriblər.

Səfərin məqsədi "Elektron təhsil sahəsində innovasiya" beynəlxalq seminarında iştirak etməkdir. Səfər çərçivəsində nazir və onu müşayiət edən nümayəndə heyəti Şimali İrlandiyanın təhsil sistemi ilə tanış olacaq və bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti