...

2006-cı ildə Azərbaycanda 230 yeni məktəb və əlavə korpus tikiləcək

Cəmiyyət Materials 5 İyun 2006 18:37 (UTC +04:00)

İlin sonuna qədər Azərbaycanda 230 yeni məktəb və əlavə korpus tikiləcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Məktəb inşaatı sahəsindəki dövlət proqramları, Heydər Əliyev və Səudiyyə İnkişaf fonddarının layihələri əsasında 91 min 572 yerlik 230 yeni məktəb və əlavə korpusun tikintisinə başlanacaq, lakin tezliklə. 44 min 438 yerlik 167 yeni məktəb və əlavə korpus istifadəyə veriləcək.

Yaxın günlərdə 69 məktəbdə əsaslı təmir həyata keçiriləcək. Əvvəlki illərdən fərqli olaraq 2006-cı ildə Təhsil Nazirliyinin xəttilə də əsaslı təmir işləri gerçəkləşdiriləcək. Plana əsasən, .ölkənin 32 regionunda 46 təhsil müəssisəsi, o cümlədən, 44 məktəb və 2 uşaq bağçası təmir ediləcək.

Heydər Əliyev Fondunun cari ildə tikinti və təmir üzrə proqramında qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikintisi, bəzi məktəblərin yaxınlığında əlavə korpusların inşası və bəzilərinin isə əsaslı təmiri nəzərdə tutulub.

Bundan əlavə, proqram çərçivəsində Abşeron, Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında 12 məktəb yaxınlığında əlavə korpuslar tikiləcək, 12 məktəb isə tam təmir olunacaq.

Xəbər lenti

Xəbər lenti