...

YUNİSEF yod çatışmazlığı üzrə seminar keçirir

Cəmiyyət Materials 6 İyun 2006 15:32 (UTC +04:00)

YUNİSEF duzun universal yodlaşdırılması və yod çatışmazlığı ilə bağlı xəstəliklərlə mübarizə məsələsində Azərbaycan hökümətini dəstəkləməyə hazırdır. Trend in xəbərə verdiyi kimi, bu barədə iyunun 6-da YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Xana Sinqer təşkilatın Bakı ofisinin Azərbaycanın səhiyyə nazirliyi ilə birgə təşkil etdiyi tematik seminarda çıxış edərkən, xəbər verib.

O bildirib ki, Azərbaycanda yod çatışmazlığı ilə bağlı xəstəliklərin qarşısının alınması sahəsində müəyyən irəliləyişlər əldə olunub. YUNİSEF-in nümayəndəsi hökümət tərəfindən 2003-cü ildə qəbul olunmuş duzun universal yodlaşdırılması haqqında qanunu, həmçinin ölkəyə yodlaşdırılmamış duzun gətirilməsi ilə mübarizə üzrə görülmüş addımları xüsusi olaraq qeyd edib. X.Sinqer, həmçinin, duzun universal yodlaşdırılması haqqında qanunun zəif iş qabiliyyətinə dair öz narazıçılığını bildirib. Onun fikrincə, qanunun tətbiq edilməsinin yeni mexanizmlərini işləyib hazırlamaq lazımdır.

Səhiyyə nazirliyinin nümayəndəsi Tərlan Babayev bildirib ki, Azərbaycan səhiyyə nazirliyi ölkəyə yodlaşdırılmış duzun gətirilməsi üzərində nəzarəti və onun istehsalını daha da çox gücləndirmək niyyətindədir. O qeyd edib ki, nazirlik bu sahədə YUNİSEF-lə əməkdaşlığı genişləndirməyə hazırdır. O, həmçinin, əhalinin maarifləndirilməsi yolu ilə KİV-in bu problemin həllində olan rolunu xüsusilə qeyd edib.

Bir günlük seminarda bu problemlə məşğul olan ictimai və dövlət strukturlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti