...

YUNESKO ekspertləri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 6 İyun 2006 17:48 (UTC +04:00)

İyunun 12-13-də YUNESKO-nun təhsil üzrə ekspertləri Bakıya səfər edəcək. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan-YUNESKO əməkdaşlıq konfransında iştirak etməkdən ibarətdir.

Konfrans inklüziv təhsil üzrə birgə proqramın 2-ci mərhəsinə həsr olunub. Konfransda proqramın 1-ci mərhələsinin yekunlarının və 2-ci mərhələdə əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır. YUNESKO nümayəndə heyətinə təşkilatın Moskva ofisindən 5, qərargah mənzilindən isə 2 ekspert daxil olacaq.

Xatırladaq ki, inklüziv təhsil proqramının gerçəkləşdirilməsinə 2005-ci ildə başlanıb və xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat şəraitinin yaxşılaşmasına yönəldilib.

Proqramın 1-ci mərhələsində xüsusi qayğıya ehtiyacı olan 100-dək uşaq normal uşaqlarla birgə təhsilə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti