...

Antalyada "Azərbaycan ədəbiyyatının antologiyası" kompakt diskinin təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 7 İyun 2006 14:46 (UTC +04:00)

Antalyada keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu çərçivəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun birgə hazırladığı "Azərbaycan ədəbiyyatının antologiyası" CD diskinin təqdimat mərasimi keçirilib. Bu barədə Dövlət Komitəsindən Trend ə daxil olmuş məlumatda deyilir.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu diskdə Azərbaycanın 12-19-cu əsrlərdə yaşayıb-yaratmış görkəmli mütəfəkkir, şair və yazıçılarının əsərləri haqqında məlumatlar toplanıb. "Bu antologiyanı diaspor nümayəndələri üçün xalqımızın mənəvi kökləri ilə əlaqə vasitəsi kimi də təqdim etmək olar", - deyə o qeyd edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Emin Əfəndiyev çıxış edib. O, disk haqqında ətraflı məlumat verərək burada Azərbaycan şifahi və yazılı ədəbiyyatına aid məlumatların, dastanlar, nağıllar, atalar sözləri, eləcə də Azərbaycan ədəbiyyatının korifeylərinin əsərlərinin toplandığını söyləyib.

Xəbər lenti

Xəbər lenti