...

"MKT-Araz" komandasının İntertoto Kuboku uğrunda oyunu Bakıda olacaq

Cəmiyyət Materials 7 İyun 2006 15:33 (UTC +04:00)

"MKT-Araz" komandasının İntertoto Kuboku uğrunda oyunu T.Bəhramov adına Respublika stadionunda olacaq.

Trend in verdiyi xəbərə görə, İmişlidəki meydan beynəlxalq standartlara cavab vermir, ona görə də kollektiv Bakıda oynamalı olacaq. Hazırda futbolçularun qısamüddətli məzuniyyətləri başa çatır və onlar İqor Nakoneçnının başçılığı altında məşqlərə başlayacaqlar. Məşqçi bir vaxtlar hazırda "MKT-Araz"da oynayan müdafiəçilər Dmitri Parxomenko və Yevgeni Şimanın çıxış etdiyi "Şerif" komandasına başçılıq edib.

Qeyd etmək lazımdır ki, gələcək görüşlər Azərbaycan kollektivinin tarixində Avropa kuboku uğrunda ilk oyunlar olacaq.

Xəbər lenti

Xəbər lenti