...

Gültəkin Hacıyeva: "Leo Platvoet məruzəsini 2007-ci ilin dekabrınadək tamamlamalıdır"

Cəmiyyət Materials 7 İyun 2006 18:28 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqaz ölkələrində itikin düşən şəxslər üzrə məruzəçisi Leo Platvoet məruzəsini 2007-ci ildə tamamlamalıdır. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

Millət vəkili onu da bildirib ki, Leo Platvoet 2005-ci ilin dekabrın 8-də AŞPA-nın miqrasiya, qaçqınlar və əhali komitəsinin Parisdə keçirilən iclasında Azərbaycan, Gürcüstan və Ermənistanda itkin düşən şəxslər üzrə məruzəçi təyin olunub: "Avropa Şurasında hər bir məruzə üçün 2 il müddət ayrılır. Leo Platvoet məruzəsini 2007-ci ilin dekabr ayınadək tamamlaya bilər".

G.Hacıyeva onu da bildirib ki, məruzəçi məruzəsini bu müddətdən də tez yekunlaşdıra bilər. Ancaq problemin həcmi və miqyasını nəzərə alınarsa Leo Platvoet məruzəsini vaxtından tez yekunlaşdıra bilməz: "Bu məsələ ağır olduğu üçün daha dərindən və əhatəli şəkildə hazırlanmalıdır". Millət vəkili onu da vurğulayıb ki, məruzə tam hazır olduqdan sonra AŞPA-nın müzakirəsinə çıxarıla bilər.

Xəbər lenti

Xəbər lenti