...

Nazir: Avstriya Azərbaycanla turist əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

Cəmiyyət Materials 8 İyun 2006 15:01 (UTC +04:00)

Avstriya Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Avstriya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Səfər zamanı nazir Astriyanın müvafiq dövlət qurumunun rəsmilərilə görüşüb ki, onlar bu sahədə əməkdaşdılın inkişafına maraq göstərib. Nazirin sözlərinə görə, buna səbəb səfər çərçivəsində Avstriyada nazirlik tərəfindən təşkil olunmuş Azərbaycanın turizm potensialının təqdimat mərasimidir. İyulda Avstriyanın müxtəlif turizm şirkətlərinin nümayəndə heyətləri əməkdaşlığın perspektivlərinin öyrənilməsi məqsədilə Azərbaycana səfər edəcək.

"Azərbaycanın tarixi-memarlıq abidələrinin bərpası sahəsində də yaxşı imkanlarımız var" - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, bu sahədə böyük təcrübəyə malik Astriya şirkətləri analoji layihələrə cəlb edilə bilər.

Səfər zamanı Venada görməkli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyevin heykəlinin açılış mərasimi keçirilib. Nazirin fikrincə, Avropanın mərkəzində, dünya klassik müsiqisinin mərkəzi olan Venada Azərbaycan bəstəkarının şərəfinə heykəlin ucaldılması dünya əhəmiyyətli hadisədir.

Ə.Qarayev səfərini Antaliyada (Türkiyə) təşkil olunmuş Azərbaycan ziyalılarının Ümumdünya Forumunda iştirakla başa vurub.

Xəbər lenti

Xəbər lenti