...

Aynur Sofiyeva Avropa Şahmat İttifaqının 8-ci regional zonasının rəhbəri seçilib

Cəmiyyət Materials 8 İyun 2006 16:50 (UTC +04:00)

Azərbaycan Şahmat Federsiyasının Prezidenti Aynur Sofiyeva Avropa Şahmat İttifaqının 8-ci regional zonasının rəhbəri seçilib.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, bu zona Azərbaycan, Belarus və Moldovanı birləşdirir. Bundan başqa Turində FİDE-nin Konqresi zamanı iki şahmatçımıza - Nicat Məmmədov və Rəşad Babayevə rəsmən qrossmeyster adı verilib, İbrahim Məmmədov və İlqar Bacarani isə FİDE hakimi adına layiq görülüb. İndi onlar beynəlxalq turnirlərdə, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa və dünya birinciliklərində münsiflik edə bilər.

F.Həsənov onu da qeyd edib ki, Federasiyanın vitse-prezidenti Mahir Məmmədov Avropa Şahmat İttifaqının xəzinədarı vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti