...

Azərbaycanın Ekologiya Nazirliyi meşə yanğınlarının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 8 İyun 2006 17:01 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın yüksək hərarəti ilə əlaqədar baş verən meşə yanğınlarının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 8-də ekologiya naziri Hüseyn Bağırov məlumat verib.

Onun sözlərinə görə, regionların icra hakimiyyəti və Nazirliyin yerli orqanları nümayəndələrinə, o cümlədən əhaliyə müraciət göndərilib.H.Bağırov onu da bildirib ki, ekologiya sahəsində sosial reklamla bağlı bir sıra nöqsanlar var ki, bu da əsasən maliyyə ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti