...

Basketbolçular Fuad Niftəliyev və Zaur Paşayev "İnkişaf Kuboku"nun nəticələri üzrə rəmzi komandaya düşüb

Cəmiyyət Materials 8 İyun 2006 18:07 (UTC +04:00)

Azərbaycan yığmasının basketbolçuları Fuad Niftəliyev və Zaur Paşayev Tiranda keçirilən "İnkişaf Kuboku"nun nəticələri üzrə rəmzi komandaya düşüb.

Milli Federasiyasının mətbuat katibi Ramin Kəsəmənskinin Trend ə verdiyi məlumata əsasən, iki Albaniya nümayəndəsi və bir Uelsli basketbolçu da komandaya daxil olub. "Fuad və Zaur turnirdə qələbə çalmaq üçün çox şey ediblər və rəmzi yığmada yer alıblar. Bundan əlavə, F.Niftəliyev "turnirin qiymətli oyunçusu" prizini də alıb" - deyə R.Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırda basketbolçular məzuniyyətdədir, baş məşqçi Rimas Kurtinaytis isə Litvaya gedib. O bir neçə gündən sonra qayıtmalıdır.

Xəbər lenti

Xəbər lenti