...

Rəşad Sadıxov "Kayserispor" klubuna qayıdır

Cəmiyyət Materials 9 İyun 2006 15:08 (UTC +04:00)

"Neftçi" klubunun aparıcı oyunçularından biri Rəşad Sadıxov yeni mövsümə Türkiyənin "Kayserispor" klubunda başlayacaq.

Trend in verdiyi xəbərə görə, müdafiəçi mövsümün sonuna qədər türklər tərəfindən Bakı klubuna icarəyə verilmişdi və indi yenə də komandanın sərəncamına qayıdır, bu komandanın iyunun 17-də İntertoto Kubokunun birinci raundunda Macarıstanın MTK komandası ilə oyunu olacaq. Kollektivin baş məşqçisi Ərtoğrul Sağlam Azərbaycan yığmasının istedadlı futbolçusunun oyununu çox tərifləyir və həm Avropa kubokunda, həm də qarşıdan gələn milli çempionatda ona çox arxalanır.

Qeyd etmək lazımdır ki, çoxlu zədə alan R.Sadıxov "Kayserispor"da legioner üçün vakansiyanın açılması üçün ilin əvvəlində onun "Neftçi"nin icarəsinə verilməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti