...

MQİBİ rəhbərliyi Qobustan Qapalı Həbsxanasının rəisinə ciddi xəbərdarlıq edib

Cəmiyyət Materials 12 İyun 2006 17:39 (UTC +04:00)

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəhbərliyi Qobustan Qapalı Həbsxanasının rəisi Sədaqət Ağayevə ciddi xəbərdarlıq edib. Bu barədə Trend ə MQİBİ-nin qərargah rəisi Musa Hümbətov məlumat verib.

Həbsxana rəisi vəzifəsində bir sıra nöqsanlara yol verməkdə ittiham olunub və həmin nöqsanları aradan qaldırmaq üçün ona 3 ay möhlət verilib.

Daha bir neçə cəzaçəkmə müəssisəsinin rəisinə də eyni xəbərdarlıq edilib.

Nöqsanlar bəzi məhkumlara qarşı kobud münasibətdən, o cümlədən həbsxana və cəzaçəkmə müəssisələrində texniki problemlərin vaxtında həll edilməməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti