...

Azərbaycan və Samara vilayəti mədəni əməkdaşlığı genişləndirmək niyyətindədir

Cəmiyyət Materials 14 İyun 2006 15:19 (UTC +04:00)

Azərbaycan və Rusiyanın Samara vilayəti mədəni əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə Samara vilayətinin mədəniyyət və gənclik siyasəti naziri Olqa Rıbakova arasında Azərbaycanda Samara mədəniyyət günləri çərçivəsində keçirilən görüşdə danışılıb.

Ə.Qarayev bildirib ki, onlar Azərbaycanla Samara vilayəti arasındakı əlaqələri yüksək qiymətləndir. Samara nümayəndə heyətilərinin hər səfəri "Azərbaycanla Samara arasında dostluq körpüsünün tikintisi üçün qoyulmuş növbəti daş" kimi nəzərdən keçirilir. Bu mənada nazir Azərbaycanda Samara mədəniyyət günlərinin keçirilməsinə böyük əhəmiyyət verib. Əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ə.Qarayev nazirliklər arasında müvafiq sənədin imzalanmasının vacibliyini bildirib.

Bu fikri O.Rıbakova da dəstəkləyib. Onun sözlərinə görə, Samara vilayətində böyük Azərbaycan icması yaşayır və vilayət rəhbərliyi onların "özlərini evdəki kimi hiss etməsi" və bərabər hüquqlardan yararlanması üçün əllərindən gələni edir. Bü gun Azərbaycan disaporunun nümayəndələri vilayətin bütün rəhbər qurumlarında təmsil olunur və bundan sonra da belə olacaq.

O.Rıbakova deyib ki, mədəniyyət günləri çərçivəsində azərbaycanlılar Samaranın mədəniyyət və incəsənətilə tanış ola biləcək. Tədbir çərçivəsində İçərişəhərdəki Bədii Sərgi Salonunda Samara rəssamlarının işlərindən ibarət sərgi keçiriləcək. Bütün işlər sərgidən sonra Azərbaycan tərəfinə hədiyyə olunacaq. Bu gün isə Samaranın incəsənət ustaları Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. İyunun 15-də qonaqlar rusların sıx yaşadığı İsmayillı rayonuna baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti