...

Baku Jazz Festival 2006-nın proqramı açıqlanıb

Cəmiyyət Materials 14 İyun 2006 16:32 (UTC +04:00)

İyunun 19-27-də Bakıda caz festivalı keçiriləcək. Festivalda dünya cazının ulduzları El Cerrou, Herbi Henkok, dünyanın bir çox başqa ölkələrinin musiqiçiləri (Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və s.), həmçinin Azərbaycanın caz kollektivləri iştirak edəcək. Trend in verdiyi xəbərə görə, bu artıq Bakıda keçirilən ikinci iri miqyaslı festivaldır. Ötən il əfsanəvi Co Zavinul öz "Sindikat" qrupu ilə festivalın əsas qonağı olub.

Baku Jazz Festival 2006 altı meydançada: Bakı Caz Mərkəzində, Heydər Əliyev adına sarayda, Şövkət Məmmədova adına opera studiyasında, M.Maqomayev adına Filarmoniyada , 1033 klubunda və Fəvvarələr meydanında açıq səhnədə keçiriləcək.

İyunun 21 və 22-də Heydər Əliyev adına sarayda amerikalı mügənni - caz vokalının şahı El Cerrounun, iyunun 27-də yenə də Heydər Əliyev adına sarayda festivalın qızıl konserti - böyük caz musiqiçisi, "Grammy" mükafatının səkkizqat sahibi Herbi Henkokun qrupunun çıxışı olacaq.

Ötər ilki festivalda olduğu kimi, hər gün 23:00-da Bakı Caz Festivalında yerli musiqiçilər və festivalın xarici qonaqlarının iştirakı ilə seyşnlər keçiriləcək.

Aşağıda festivalın proqramı göstərilib:

Vaxt

Səhnələr

Musiqiçilər

Qiymət
(AZN)

Bazar ertəsi, 19 iyun 2006

21:00

Fəvvarələr Meydanı

Açıq səhnədə konsert

"Arena" Caz orkestri (Azərbaycan),

"Orient Xpress" (Azərbaycan),
Elnarə Həsənli
və Vitali Volkovun triosu (Azərbaycan)
,
Caz trio "Tbilisi" (Gürcüstan)

- -

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

Çərşənbə axşamı, 20 iyun 2006

19:00

Bakı Caz Mərkəzi
Rəşid Behbudov küç. 19

Caz trio "Tbilisi" (Gürcüstan),

Cavan Zeynallının triosu (Azərbaycan)

15

21:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

Shay & Roni (İsrail),
"Accabbanna" (İtaliya)

5 - 25

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

Çərşənbə, 21 iyun 2006

15:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

Gənc ifaçılar

- -

20:00

H.Əliyev ad. saray
BülBül pr. 35

El Cerrou (ABŞ)

40-100

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

cümə axşamı, 22 iyun 2006

15:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

Gənc ifaçılar

- -

20:00

H.Əliyev ad. saray
BülBül pr. 35

El Cerrou (ABŞ)

40-100

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

cümə, 23 iyun 2006

19:00

Bakı Caz Mərkəzi

Rəşid Behbudov küç. 19

Rafiq Vəlimətovun qrupu (Azərbaycan),
Elnarə Həsənli
və Vitali Volkovun triosu (Azərbaycan)

15

21:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

"Savab" qrupu və Sevda Ələkbərzadə (Azərbaycan),
"Arena" Caz orkestri (Azərbaycan)

5 - 25

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

şənbə, 24 iyun 2006

19:00

Bakı Caz Mərkəzi

Rəşid Behbudov küç. 19

Barbara Li Meyerin kvarteti
(Kanada, Almaniya)

25

21:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

Emil Məmmədovun triosu (Azərbaycan),
Rauf Sultanovun kvarteti (Azərbaycan)

5 - 25

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

bazar, 25 iyun 2006

19:00

Opera studiyası

Rəşid Behbudov küç. 19

"GACHAGACH" (Fransa),
Emil İbrahim (Azərbaycan)

5 - 25

21:00

M.Maqomayev adına Filarmoniya

İstiqlaliyyət küç. 2

Bobo Stensonun (İsveç)
və Rain Sultanovun triosu (Azərbaycan)

10 - 50

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

bazar ertəsi, 26 iyun 2006

19:00

Bakı Caz Mərkəzi
Rəşid Behbudov küç. 19

Vaqif Sadıxovun qrupu (Azərbaycan)
və Karina Kojevnikova (Rusiya)

20

20:00

M.Maqomayev adına Filarmoniya

İstiqlaliyyət küç. 2

Şahin Növrəsli (Azərbaycan)
və onun Nyu-York
dostları

10 - 50

21:30

"1033" klubu
İzmir küç. 1033

Kvartet Mariya Joaonun kvarteti və Mario Laqinya (Portuqaliya)

50

23:00

Bakı Caz Mərkəzində Cem seyşn
Rəşid Behbudov küç. 19

1

çərşənbə axşamı, 27 iyun 2006

20:00

Heydər Əliyev ad. saray
BülBül pr.35

Herbi Henkokun kvinteti (ABŞ)

40-100

Xəbər lenti

Xəbər lenti