...

NTV əməkdaşının döyülməsi ilə bağlı açılmış cinayət işinə baxılması prosesi iyulun 5-nə keçirilib

Cəmiyyət Materials 16 İyun 2006 12:07 (UTC +04:00)

NTV əməkdaşı Elxan Mirzəyevin döyülməsi ilə bağlı açılmış cinayət işinə baxılması prosesi iyulun 5-nə təyin olunub.

Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə zərərçəkmişin vəkili Tatyana Maşkina məlumat verib.

Onun sözlərinə görə, bu gün Moskva şəhəri Tver məhkəməsində keçirilmiş ilkin dinləmə prosedur xarakteri daşıyıb.

Xatırladaq ki, aprelin 3-də axşam Moskva metrosunda NTV-nin prodüseri, azərbaycanlı Elxan Mirzəyevə hücum edilib. Vitali Qolikov və Vyaçeslav Barketov iş üzrə təqsirli bilinir.

T.Maşkina bildirib ki, "ittiham RF CM-in iki maddəsi (maddə 282 -insan ləyaqətinin alçaldılması; maddə 115 - qəsdən yüngül xəsarət yetirmə) üzrə irəli sürülür. Ancaq şahidlərin olmaması ilə əlaqədar 282-ci maddənin tətbiqinin məqsədəuyğunluğunu sübut etmək çətin olacaq. "Amma biz prosesin ədalətli sonluqla başa çatacağına inanırıq. Çünki Elxan Mirzəyevin ifadəsində bir çox şey öz əksini tapıb".

Zərərçəkənin Trend ə bildirdiyinə görə, bu hücumun məhz milli zəmində baş verdiyinə və müqəssirlərin məhkəmə qaydası ilə cəzalandırılacağına əmindir.

Xəbər lenti

Xəbər lenti