...

Drezden şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçiriləcək

Cəmiyyət Materials 16 İyun 2006 18:22 (UTC +04:00)

İyul ayında Almaniyanın Drezden şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Trend ə Almaniyada yaşayan azərbaycanlı Alseyin Babayev məlumat verib.

O bildirib ki, Almaniyada fəaliyyət göstərən KABANA təşkilatı qaçqınların problemləri ilə, həmçinin onların təmsil etdikləri xalqların mədəni-kütləvi tədbirlərinin keçirilməsi ilə məşğul olur. Ötən ay ermənilər bu təşkilatın köməyi ilə erməni mədəniyyət gecəsi keçiriblər və almanların diqqətini özlərinə cəlb ediblər. Drezdenə yeni köçən Alseyin Babayev də KABANA təşkilatına müraciət edərək Azərbaycan mədəniyyəti gecəsinin keçirilməsinə şərait yaradılmasını xahiş edib. Təşkilat soydaşımıza razılıq verib və tədbir iyul ayına nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti