...

Ombudsman Apparatının əməkdaşları təcridxana və cəzaçəkmə müəssisəsinə baş çəkib

Cəmiyyət Materials 17 İyun 2006 11:42 (UTC +04:00)

Ombudsman Apparatının əməkdaşları daxil olmuş şikayətlərə baxmaq məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 1 saylı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Ombudsman Aparatından Trend ə verilən məlumata əsasən, hüquq müdafiəçiləri orada saxlanılan şəxslər və dustaqlarla görüşüb, onların saxlanma şəraiti ilə tanış olub.

Saxlanma, eləcə də hər hansı bir fiziki zorakılığın tətbiqi ilə bağlı heç bir şikayət qeydə alınmayıb.

Saxlanılar şəxslər və dustaqlar əsasən məhkəmə instansiyalarının qərarlarından narazılıqlarını bildirib.

Ombudsman Apparatının əməkdaşları 7 saylı cəzaçəkmə müəssisəsinin yeni yeməkxana ilə tanış olub, məhkumlara verilən yeməyin keyfiyyətilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti