...

Hacı Məmmədovun məhkəməsinə hazırlıq iclası iyulun 4-dək təxirə salınıb

Cəmiyyət Materials 17 İyun 2006 12:26 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi dəstənin cinayət işi üzrə məhkəmə baxışına hazırlıq iclası iyulun 4-dək təxirə salınıb. Bu barədə Trend ə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən (ACDİÜM) məlumat verilib.

İş üzrə materiallar ACDİÜM-nin sədr müavini Əli Seyfəliyevin icraatındadır.

Məhkəmə iclaslarının açıq şəkildə keçiriləcəyi bildirilib.

Məhkəmə qarşısında 26 təqsirləndirilən şəxs dayanacaq. Cinayət işində 70-dən artıq epizod toplanıb. İş üzrə keçən zərərçəkənlərin sayı 45, şahidlərin isə sayı 191 nəfərdir.

İttiham aktı 3 tomda cəmləşib. Təkcə Hacı Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittihamlar irəli sürülüb.

Hacı Məmmədov ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, adam oğurluqlarından əldə etdiyi külli miqdarda məbləğləri daxili işlər nazirinin keçmiş müavinləri Zakir Həsənovla, Kamil Sədrəddinovla və dəstənin digər üzvləri ilə bölüşdürüb.

Dəstənin bir neçə üzvü dəstə başçısı Hacı Məmmədovun ziddinə getdiyinə görə sonuncunun sifarişi ilə dəstə üzvləri tərəfindən qətlə yetirilib, bir neçə üzvü isə hələ axtarışdadır.

Xəbər lenti

Xəbər lenti