...

Azərbaycan XİN başçısı müavininin BMT-nin İnsan Haqları Şurasının iclasında çıxışı iyunun 20-nə təyin olunub

Cəmiyyət Materials 19 İyun 2006 13:47 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin BMT-nin İnsan Haqları Şurasının iyunun 19-da Cenevrədə öz işinə başlamış 1-ci sessiyasında çıxışı iyunun20-nə təyin olunub. Bu barədə Trend ə Azərbaycanın BMT-dəki nümayəndəliyindən məlumat verilib.

Azərbaycan XİN başçısı müavini ölkədə insan hüquqlarının müdafiəsi, demokratiyanın inkişafı sahəsində aparılan islahatlar barədə sessiya iştirakçılarına məlumat verməyi planlaşdırır.

Həmçinin, M.Məmmədquliyevin geniş görüş proqramı hazırlanıb. İyunun 23-dək davam edəcək səfər çərçivəsində M.Məmmədquliyev həm BMT qurumlarının rəsmi şəxsləri, həm də İsveç rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, daim siyasi xarakter almaqda və ikili standartlarda ittiham edilən BMT İnsan Haqları Komissiyasının əvəzinə Şuranın yaradılması haqqında qərar martın 15-də təşkilatın Baş Assambleyasında qəbul olunub. Şuraya ilk üzvlər mayın 9-da Nyu-Yorkda seçilib. Azərbaycanın Şuraya daxil olması təklifi Şərqi Avropa regional yarımqrupu tərəfindən irəli sürülüb. BMT BA-nın mayın 9-da keçirilmiş iclasında Azərbaycanın lehinə 103 səs verilib.

Xəbər lenti

Xəbər lenti