...

Aliyə Qarayeva İtaliyada keçirilən ənənəvi beynəlxalq turnirin bürünc mükafatçısı olub

Cəmiyyət Materials 19 İyun 2006 19:11 (UTC +04:00)

Azərbaycan gimnastı Aliyə Qarayeva İtaliyada keçirilən "Trofeo Kariprato" Ənənəvi beynəlxalq turnirin bürünc mükafatçısı olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, ölkənin vitse-çempionu müxtəlif növlükdə 60.6 xal yığaraq, Rusiya-Ukrayna duetindən geridə qalıb və üçüncü yeri tutub.

"Öz nəticəmi müsbət nəticə kimi qiymətləndirirəm. Bununla yanaşı, mən öz ustalığımı təkmilləşdirməyə davam etməliyəm, belə ki, sentyabrın 18-24-də Moskvada keçiriləcək Avropa çempionatına cəmi 3 ay qalıb", - deyə gimnast bildirib.

Gənclər arasında çıxış edən Nigar Mirzəyeva isə 14-cü yeri tutub (71.475 xal). Lakin gimnastlarımızın yığdığı xallar Azərbaycanı komanda hesabında Rusiya, Bolqarıstan və İtaliyadan sonra 4-cü yerə (132.075 xal) çıxarıblar.

Xəbər lenti

Xəbər lenti