...

Tahir Tağızadə: Azərbaycan ərazisində xristian abidələrinin erməniləşdirilməsinə əks- təsir məsələsi aktualdır

Cəmiyyət Materials 20 İyun 2006 14:47 (UTC +04:00)

Alban tarixi abidələrinin "erməniləşdirilmə" siyasətinin əks-təsirinə Azərbaycanın xaricdəki bütün diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara göndəriləcək ayrıca sənədli film həsr etmək lazımdır. Bu barədə Azərbaycan XİN -in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə İslam Konfransı Təşkilatı XİN başçılarının 33-cü sammiti ərəfəsində çəkilmiş "Azərbaycan - əbədiyyət yolu" adlı sənədli filmin təqdimat mərasimində Trend müxbirinin sualına cavab verərkən bildirib.

"Şübhəsiz, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisində alban və udin kilsələrinin "erməniləşdirilməsi" üzrə Yerevan siyasətinin saxtakarlığının ifşa edilmə məsələsi çox aktualdır və bu məsələyə ayrıca baxılmalıdır", - deyə T.Tağızadə bildirib.

Bununla yanaşı, T.Tağızadə Azərbaycan sakinlərinin tarixi, mədəniyyəti və məişəti barədə 7-8 yeni sənədli filmin sifarişi üzrə Azərbaycan XİN -in planları haqqında xəbər verib. Bu filmlərdən biri ölkədəki xristian mədəniyyətinin tarixi abidələri, o cümlədən alban kilsələri haqqında olacaq.

Xəbər lenti

Xəbər lenti