...

Prezident Aparatı rəhbərinin köməkçisi Elnur Aslanov Azərbaycanı RİA NOIOSTİ-nin nəzdində yaradılan Ekspertlər Şurasında təmsil edəcək

Cəmiyyət Materials 20 İyun 2006 16:01 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində Rusiyanın Beynəlxalq İnformasiya Agentliyinin (RİA NOIOSTİ) nəzdində Ekspertlər Şurası yaradılıb. Trend xəbər verir ki, Ekspertlər Şurasının əsas vəzifəsi regionda gedən proseslər haqqında məlumatları toplanmaq və təhlil etməkidir.

Eyni zamanda MDB məkanını narahat edən proseslər də diqqət mərkəzində olacaq və bu istiqamətdə konkret lahiyələr həyata keçirmək nəzərdə tutulub.

Azərbaycanı Ekspert Şurasında təmsil edəcək şəxs Azərbaycan Respublikası Prezident Aparatı rəhbərinin köməkçisi Elnur Aslanovdur. Onu da bildirək ki, Azərbaycan rəsmisinin Ekspertlər Şurasında təmsil olunması Rusiyanın Azərbaycana artan maraqından irəli gəlir. Həmçinin, Azərbaycanın da belə qurumlara olan marağı və şimal qonşu ilə münasibətləri kəskinləşdirməmək niyyəti özünü göstərir.

Qeyd edək ki, Elnur Aslanov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının ən gənc üzvlərindən biridir. Eyni zamanda "İrəli" Ümumrespublika Gənclər Hərəkatının yaradıcılarından biridir.

Xəbər lenti

Xəbər lenti