...

Beynəlxalq Humanitar Hüquq üzrə Konstitusiya Məhkəməsində Dəyirmi Masa keçirilib

Cəmiyyət Materials 20 İyun 2006 18:16 (UTC +04:00)

İyunun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsi Beynəlxalq Humanitar Hüquq üzrə Konstitusiya Məhkəməsinin binasında dəyirmi masa keçirib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Dəyirmi Masada Rusiya Federasiyasının Konstitusiya Məhkəməsindən, Syerra-Leone üzrə Xüsusi Məhkəməsindən və Beynəlxalq Cinayət Məhkəməsindən mütəxəssislər iştirak edib.

Konfransı açan Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, müasir beynəlxalq humanitar hüquqda muşahidə olunan yeni yanaşmaların bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın məhkəmə orqanlarının iş fəaliyüyətində bu yanaşmaların vacibliyini qeyd edib.

Konfransın işində iştirak edən qonaqlar geniş məruzə ilə çıxışlar ediblər. Daha sonra həmin çıxışlar ətrafında fikir mübadilələri aparılıb. Beynəlxalq humanitar hüququn məhkəmə təcrübəsində tətbiq olunması ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tədbirdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Baş Prokurorluğun məsul əməkdaşları da iştirak edib.

Xəbər lenti

Xəbər lenti