...

Azərbaycanın voleybol yığmasının məşqçisi Faiq Qarayev "Fenerbaxça"ya dəvət olunur

Cəmiyyət Materials 20 İyun 2006 18:28 (UTC +04:00)

"Fenerbaxça" qadın voleybol klubunun rəhbərliyi Azərbaycan yığmasının və "AzerReyl"in məşqçisi Faiq Qarayevi baş məşqçi vəzifəsinə dəvət etmək niyyətindədir.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata əsasən, istanbullular dəfələrlə F.Qarayev ilə müqavilə imzalağa cəhd edib və bu fikirdən daşınmaq niyyətində deyil. "Fenerbaxça"nın rəhbərliyi komandanı gücləndirmək və ondan super klub etmək fikrindədir. Türkiyədə elə hesab edirlər ki, F.Qarayev, onun böyük beynəlxalq təcrübəsini nəzərə alaraq, bu vəzifəyə ideal namizəddir" - deyə Z.Qözəlbəyli bildirib.

Qeyd edək ki, yığmanı Dünya Çempionatına hazırlayan mütəxəssis vaxtı ilə Türkiyədə bir sıra aparıcı kollektivlərə rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti