...

İyulun 12-13-də Avropa Şurasında Ahıska türklərinin repatriasiyası məsələsi müzakirə olunacaq

Cəmiyyət Materials 22 İyun 2006 12:12 (UTC +04:00)

İyulun 12-13-də Avropa Şurasında Ahıska türklərinin dədə-baba torpaqlarına qaytarılması ilə bağlı Gürcüstanın bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq. Bu barədə Trend ə Ahıska Türklərinin "Vətən" Cəmiyyətindən bildiriblər.

O da qeyd olunub ki, AŞ baş katibliyinin rəhbərliyi altında keçiriləcək müzakirələrdə qurumun bu məsələ ilə əlaqədar ekspert qrupları da iştirak edəcək. Gürcüstan dövləti 2011-ci ilə qədər Ahıska türklərinin repatriasiyası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Onu da qeyd edək ki, iyunun 13-18-də Türkiyənin paytaxtında Ahıska Türkləri Federasiyasının növbəti qurultayı keçirilib. Qurultaydan qayıdan Ahıska türklərinin "Iətən" Cəmiyyətinin sədri İbrahim Burhanov söyləyib ki, qeyd edilən məsələ həmin qurultayda da bir daha səsləndirilib: "Türkiyədə yaşayan ahıska türklərinin də gələcəkdə öz torpaqlarına qayıtmaq istəkləri var. Bu məqsədlə həmin ölkədə bu problemlə məşğul olan 16 dərnək bir ideya altında birləşib".

İ.Burhanov həmçinin Türkiyənin iqtidar və müxalifət partiyalarının təmsilçiləri ilə də görüşlər keçirdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti