...

Azərbaycan və Rusiya KİV-ləri əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Cəmiyyət Materials 22 İyun 2006 16:17 (UTC +04:00)

Azərbaycan və Rusiya KİV-ləri hər iki ölkənin ictimaiyyətinə daha obyektiv məlumatların təqdim olunması sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 22-də Azərbaycan və Rusiyanın qabaqcıl KİV-lərinin ilk birgə layihəsi, "Bakinski raboçi" qəzetinin xüsusi əlavəsi "Rusiya bu gün"ün Bakıda keçirilən təqdimat mərasimində bildiriblər.

Layihə Rusiyanın "Qafqaz demokratiya institutu" Fondu tərəfindən həyata keçirilib. Fondun direktoru Valeri Tursunovun verdiyi xəbərə görə, iki ölkə və xalq arasındakı dostluq münasibətlərinin daha çox möhkəmlənməsi, Rusiya həqiqətləri haqqında daha düzgün məlumatın verilməsi, rus dilinin qorunmasına yardım Fondun vəzifələrinə daxildir. O, indiyə qədər heç bir rus məktəbinin bağlanmadığı ölkədə rus dilinin qorunması və inkişafında Azərbaycan rəhbərlərinin xidmətlərini yüksək qiymətləndirib. Fondun perspektivlərinə jurnalist mübadiləsi və onların təcrübə keçməsinin təşkili, gənclərlə iş daxildir. Bu fəaliyyət Rusiya Federasiyasının prezident aparatının dəstəyi ilə həyata keçiriləcək.

Tədbir çərçivəsində iştirakçılara Rusiyanın "Regnum" informasiya agentliyi tərəfindən tərtib olunmuş 2 yeni kitab - "Gürcüstan azərbaycanlıları" və "Qarabağ münaqişəsi: Azərbaycanın nöqteyi-nəzəri" adlı kitablar da təqdim olunub. Bu kitablarda Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi, XX əsr ərzində erməni-Azərbaycan münasibətlərinə rəsmi baxışları açıqlayan sənədlərin olduğu mətnlər var. Agentliyin baş redaktoru Konstantin Kazeninin fikrincə, mətnlərlə tanışlıq oxucuya Azərbaycanın bir çox beynəlxalq addımlarının səbəblərini daha dərindən anlamağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti