...

Məhkəmə Hüquq Şurasının iclasında yaxın vaxtlarda keçiriləcək imtahanlarla bağlı məsələlər müzakirə olunub

Cəmiyyət Materials 22 İyun 2006 18:42 (UTC +04:00)

İyunun 22-də Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Şuranın növbəti iclasının əsas müzakirə obyekti yaxın vaxtlarda keçiriləcək imtahanlar olub. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

İclasda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli Fərmanından irəli gələn bir sıra məsələlər də müzakirə olunub.

Əsas diqqət vakant hakim vəzifələrinə yeni namizədlərin seçilməsi üçün davam edən sənəd qəbulu məsələsinə yönəldilib.

Çıxış edən Fikrət Məmmədov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində Məhkəmə Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi sürətlə davam edir. Artıq 500-dək şəxs sənədlərini Hakimlərin Seçki Komtəsinə təqdim edib.

Həmçinin bildirilib ki, 2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alaraq bu il sənəd verən namizədlərin imtahanlarda iştirak etməzdən əvvəl hazırlaşmaları üçün Məhkəmə Hüquq Şurası tərəfindən müvafiq kurs təşkil edilib.

İclasda hakimliyə namizədlərin hazırlığına dair bir sıra texniki məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti