...

Yunan-roma güləşçiləri "Qızıl Qran-Pri" finalında çıxışa birinci başlayacaq

Cəmiyyət Materials 23 İyun 2006 12:51 (UTC +04:00)

İyunun 23-də H.Əliyev adına İdman-Konsert kompleksində başlayacaq "Qızıl Qran-Pri" finalını yunan-roma döyüş növü üzrə yarışlar açacaq.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, bu nüfuzlu yarışın 1-ci günündə "klassiklər" ən güclüləri müəyyən edəcək. Xalça sahibləri 2005-ci ilin Avropa çempionu Vitali Rəhimov, Rövşən Bayramov, Elbrus Məmmədov və İlqar Abdulovla təmsil olunacaq. İdmançılar beynəlxalq təcrübəyə malikdir və mükafat uğrunda mübarizə aparmaq əzmindədir.

Bir gün sonra azarkeşlər qadınlar arasında sərbəst güləş üzrə yarışları müşahidə edə biləcək.

"Qızıl Qran-Pri" finalının təntənəli açılış mərasimi iyunun 23-də saat 17:00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti