...

"Neftçi" Makovski qardaşlarının köməyi ilə güclənə bilər

Cəmiyyət Materials 23 İyun 2006 14:16 (UTC +04:00)

"Neftçi" qarşıdan gələn çempionat ərəfəsində "İnter"in Belorus legionerlərinin köməyi ilə güclü komanda ola bilər.

Trend ə məlum olduğu kimi, Vladimir və Mixail Makovski qardaşları Dostluq kuboku sahiblərinin maraq dairəsinə daxil olub. Həm də neftçilərin yeni baş məşqçisi Qurban Qurbanov əvvəllər "İnter"də oynadığından, sonra isə bu komandada idman direktoru vəzifəsini tutduğundan potensial oyunçularla tanışdır. "Neftçi"nin yarımmüdafiəçi Vadim Borets və bolqar Svyatoslav Stefanovla ayrılmaq barədə qərarını nəzərə alsaq, bu futbolçuların cəlb olunma ehtimalı çox aktualdır.

Xatırladaq ki, ötən birinciliyin yekunlarına görə komanda üçüncü yeri tutub və İntertoto Kubokunda çıxış etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti