...

"Bakı" çempionlar liqasının 1-ci kvalifikasiya raundunda "Sioni" ilə görüşəcək

Cəmiyyət Materials 23 İyun 2006 16:23 (UTC +04:00)

Bolnisinin "Sioni" komandası çempionlar liqasının futbol üzrə 1-ci kvalifikasiya raundunda "Bakı" ilə oynayacaq.

Trend agentliyinin məlumatına əsasən, UEFA-nın Nyondakı baş qərargahında keçirilən püşkatmanın nəticələrinə görə, Böyükağa Hacıyevin oyunçuları məhz Gürcüstan çempionları ilə üzləşəcək. İlk görüş iyulun 11-12-də rəqibin meydançasında, cavab matçı isə bir həftə sonra T.Bəhramov adına stadionda keçiriləcək. İndiyə qədər Avropa kuboklarında Azərbaycan və Gürcüstan komandaları üşləzməyib. Bu baxımdan görüşlər başlanğıc olacaq.

Qeyd etmək lazımdır ki, "Bakı" əvvəllər çempionlar liqasında iştirak etməyib. Ötən mövsümdlə komanda Slovakiyanın "Jiline" komandasına 1-ci raunda məğlub olub.

Xəbər lenti

Xəbər lenti