...

"Karvan" UEFA Kubokuna Türkiyədə hazırlaşacaq

Cəmiyyət Materials 27 İyun 2006 16:51 (UTC +04:00)

"Karvan" iyulun ortalarında keçiriləcək Trnavanın "Spartak" klubuna qarşı UEFA Kuboku oyunlarına son hazırlıqları keçirmək üçün Türkiyəyə gedib.

Trend ə məlum olduğu kimi, komanda Bosfor sahilində iyulun 10-a qədər qalmağı və bir sıra sınaq oyunu keçirməyi, həmçinin iş başında yeni potensial oyunçuları yoxlamağı planlaşdırır. Ölkə çempionatı bitən kimi yeddi qabaqcıl oyunçu yevlaxlıları tərk etdiyindən, baş məşqçi Yunis Hüseynov onları layiqincə əvəz etmək üçün oyunçu tapmalıdır. Bununla bərabər məşqçi Braziliyanın pleymeykeri Markus Fereyranı və afrikalı Yakuba Bambanı komandanın tərkibində saxlamaq fikrindədir.

Bu zaman vaxtilə "Neftçi"də çıxış edən, "Olimpik" komndasının qolkiperi Hüseyn Məhəmmədov artıq "Karvan"a keçib.

Xəbər lenti

Xəbər lenti