...

UEFA Kubokunda püşkatmanın nəticələrinə baxmayaraq, "Karvan" ilk oyunu evdə keçirəcək

Cəmiyyət Materials 28 İyun 2006 10:56 (UTC +04:00)

UEFA Kubokunda püşkatmanın nəticələrinə baxmayaraq, "Karvan" "Spartak"a qarşı ilk oyunu Bakıda keçirəcək.

AFFA-nın yarışların keçirilməsi üzrə Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, Avropa Kubokunun nəticələrinə görə, yevlaxlılar və "Qarabağ" cavab oyunlarını evdə keçirməlidir. Ancaq hər iki klub artıq ərizədə "Şəfa" stadionunu göstərib. Nəticədə Yunis Hüseynovun yetirmələri "Spartak" ilə Bakıda oynayacaq. "Biz UEFA-dan müvafiq rəsmi sənəd almışıq. Buna görə də "Karvan" oyuna hazırlıqla bağlı bir qədər korrektivlər etməli olacaq. Ümumiyyətlə, püşkatmadan sonra 6 klub analoji problemlə üzləşib və UEFA bunu püşkatma keçirməklə həll edib", - deyə M.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti