...

BMqT Azərbaycan sərhədlərinin idarə olunmasının təkmilləşdirilməsinə dair xüsusi proqramın həyata keçirilməsinə başlayıb

Cəmiyyət Materials 28 İyun 2006 13:27 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) qanuni ticarətin inkişafı, qanunsuz miqrasiyanın qarşısının alınması və transmilli cinayət növünə aid olan insan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan sərhədlərinin idarə olunmasının təkmilləşdirilməsinə dair xüsusi ikiillik proqramın həyata keçirilməsinə başlayıb. Bu barədə Trend ə BMqT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Avropa İttifaqı tərəfnidən maliyyələşdirilən və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən və sonradan başqa bölgələrdə də tətbiq edilməsi mümkün olan bu proqram Azərbaycanın cənub sərhədlərində yeni sərhəd-nəzarət sisteminin yaradılmasına yönəldilib.

Proqram sərhəd nəzarəti məsələləri ilə məşğul olan dövlət struktur və nazirliklərini fəal əməkdaşlığa cəlb etməklə, sərhəddə öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlar üçün təlimlərin keçirilməsi, müvafiq orqanlar arasında əlaqələndirmənin gücləndirilməsi və vahid məlumat-təhlil sistemlərinin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti