...

Azərbaycanın futbol yığması üçün sprarrinq-tərəfdaşların axtarışı uğursuzluqla nəticələnib

Cəmiyyət Materials 28 İyun 2006 14:51 (UTC +04:00)

Azərbaycan futbol yığmasının yoldaşlıq oyunları keçirmək üçün sprarrinq-tərəfdaşların axtarışı uğursuzluqla başa çatıb.

Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, komanda 2008-ci il Avropa Çempionatının seçmə turnirinə hazırlıq çərçivəsində yalnız avqustun 16-da Kiyevdə yoxlama görüşü keçiriləcək. "Biz İordaniya, Macarıstan və İrlandiya Federasiyaları ilə intensiv danışıqlar aparmışıq. Ancaq bu, uğursuzluqla nəticələnib. Məsələ burasındadır ki, yığmalar yalnız FİFA-nın müəyyən etdiyi "pəncərələr"də görüşlər keçirir. Əks halda klublar oyunçuları milli komandaya buraxmır", - deyə F.Əsədov nəzər çatdırıb.

Xatırladaq ki, bu mövsümdə yığma 3 yoldaşlıq görüşü keçirib. Ukrayna, Türkiyə və Moldova ilə keçirilmiş oyunlar heç-heçə ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti