...

"AzərReyl"in iştirak etdiyi oyunların fotolarına CEV-in xüsusi mükafatı verilib

Cəmiyyət Materials 29 İyun 2006 14:44 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) "AzərReyl" klubunun iştirak etdiyi oyunların fotolarına xüsusi mükafat verib.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi xəbərə görə, Vyanada Çempionlar liqasının püşkatması zamanı CEV ənənəyə görə foto işləri də daxil olmaqla, müxtəlif nominasiyalar üzrə qalibləri elan edir. Bu dəfə "AzərReyl"in Çempionlar liqasının qrup mərhələsi və ¼ final çərçivəsindəki görüşlərinin İslam Atakişiyev tərəfindən çəkilmiş fotoları jürinin xoşuna gəlib. "CEV nümayəndələri işlərə heyran qaldılar, ona görə də bizi düzgün qiymətləndiriblər. Bu yaxşı əlamətdir və biz ümid edirik ki, gələn mövsümdə "AzərReyl" foto və telekameraların obyektivinə düşəcək yaxşı oyun göstərəcək", - deyə Z.Gözəlbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti