...

Azərbaycanın Səhiyyə Nazirliyi daha bir özəl tibb müəssisəsinin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 30 İyun 2006 15:31 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi daha bir tibb müəssisəsinin - Illac MMC-yə məxsus Funda mərkəzinin fəaliyyətini dayandırıb. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 30-da səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.

Onun sözlərinə görə, tərkibinə İqtisadi İnkişaf Nazirliyi nümayəndələrinin də daxil olduğu xüsusi komissiyanın keçirdiyi reydlər zamanı aşkar olunub ki, ambulator və stasionar tibbi xidmətlərin göstərildiyi mərkəzdə müvafiq şərait yaradılmayıb. Sarğı prosedurları palatalarda aparılır, təmiz və steril ağlar dəhlizdəki şkafda saxlanılır, əməliyyat blokunda əməliyyatlarla yanaşı, doğuşlar da qəbul olunur. Həmçinin, mərkəzdə vaxtı keçmiş reaktivlər (2001-2003-cü illər) də aşkar olunub.

"Nazirliyin qərarı ilə bu müəssisənin fəaliyyəti iyulun 3-dən dayandırılacaq. Aşkar olunmuş nöqsanlar aradan qaldırıldığı təqdirdə müəssisənin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər", - deyə E.Ağayev bildirib.

Xəbər lenti

Xəbər lenti