...

Yeni tədris ilindən Azərbaycanın bir sıra ali təhsil müəssisələrində təhsilin kreditləşdirilməsi tətbiq ediləcək

Cəmiyyət Materials 19 İyul 2006 13:42 (UTC +04:00)

Yeni tədris ilindən Azərbaycanın bir sıra ali təhsil müəssisələrində təhsilin kreditləşdirilməsi tətbiq ediləcək. Bu barədə Trend ə Azərbaycan Təhsil Nazirliyindən xəbər veriblər.

Birinci mərhələdə kredit sistemi Bakı Dövlət Uinversiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Neft Akademiyası, Texniki Universitet və ölkənin digər ali təhsil müəssisələrinin ayrı-ayrı fakültələrində həyata keçiriləcək.

Hazırda bu sistem Azərbaycan Dövlət İqtisadiyyat Universitetində və Xarici Dillər Universitetində tətbiq edilir. Nazirlik bu universitetlərdə monitorinq keçirmək niyyətindədir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin kreditləşdirilməsi Azərbaycanın ötən il qoşulduğu Baloniya prosesinin tələblərindən biridir.

Xəbər lenti

Xəbər lenti